Məlumatların məxfiliyinə dair bəyannamə

Aşağıda göstərilmiş www.wechange.de veb-saytımızdan (bundan sonra “platforma” adlandırılacaq) istifadə edərkən sizə şəxsi məlumatlarınızın emal edilmə forması, həcmi və məqsədi barədə məlumat veririk. Şəxsi məlumatlar müəyyənləşdirilmiş və ya müəyyənləşdirilə bilən fiziki şəxslərlə bağlı bütün məlumatlardır.

1. Məsul şəxs

Avropa İttifaqının “Ümumi məlumatların qorunmasına dair” Əsasnaməsinə (GDPR) əsasən, məsul şəxs – şəxsi məlumatların emal edilməsi məqsədlərinə və üsullarına dair fərdi olaraq və ya başqa şəxslərlə birlikdə qərar verən fiziki və ya hüquqi şəxsdir. Platformamızı ziyarət edərkən emal edilən şəxsi məlumatlar üçün GDPR çərçivəsində məsul şəxs – c/o Thinkfarm, Oberlandstraße. 26-35, 12099 Berlin, Almaniya ünvanında yerləşən wechange e.G. şirkətidir (bundan sonra “Təchizatçı” və ya “Biz” adlandırılacaq).
Məlumatların məxfiliyinə məsul şəxs kimi, vəkil Sven Gumbrecht-i (E-poçt: datenschutz@wechange.de) təyin etmişik.

2. Platformamızı ziyarət etdiyiniz zaman

Platformamızı ziyarət etdiyiniz zaman serverimiz sizin cihazınızdan aşağıdakı məlumatları toplayır: Brauzerin növü və versiyası, əməliyyat sistemi, daha əvvəl ziyarət edilən veb-sayt (“İstiqamətləndirici”), IP ünvanı və səhifənin ziyarət edilmə vaxtı.
Bu məlumatları platformamızın problemsiz fəaliyyətini təmin etmək və xidmətlərimizdən sui-istifadə edilməsini müəyyənləşdirmək, önləmək və izləmək məqsədi ilə toplayırıq və emal edirik. Toplanan məlumatları, məsələn, təkliflərimizə bu əsasda müntəzəm şəkildə düzəlişlər etmək və onları müntəzəm şəkildə təkmilləşdirmək məqsədi ilə platformamıza daxil olmaq üçün hansı cihazlardan və brauzerlərdən istifadə edildiyini qiymətləndirməkdən ötrü statistik məqsədlər üçün də istifadə edirik.
Məlumatların bu cür işlənməsi GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinə əsasən həyata keçirilir. Birinci maddədə qeyd edilən bütün texniki məlumatları topladıqdan 30 gün sonra şəxsi xarakteristika ilə anonimləşdiririk.

3. İstifadəçi profili

Platformamızda istifadəçi profili yaratdığınız zaman e-poçt ünvanınızı və seçdiyiniz istifadəçi adını (təxəllüsü) toplayırıq; bu məlumatlar olmadan sizin üçün istifadəçi profili yarada bilmərik. Həmçinin istifadəçi profilinə könüllü şəkildə daha çox məlumat əlavə edə bilərsiniz, məsələn, profil fotoşəkli.
Platformamızda istifadəçi profiliniz varsa, arzu etdiyiniz halda, platformamızla bağlı yenilikləri sizə e-poçt vasitəsilə göndərə bilərik. İstifadəçi profilində hansı bildirişləri almaq istədiyinizi göstərə bilərsiniz. Ayarlarda dəyişiklik edərək, icazənizi gələcəkdəki təsirlərlə əlaqədar olaraq istədiyiniz zaman ləğv edə bilərsiniz.

Bizimlə istifadəçi profili vasitəsilə müqavilə münasibətiniz başa çatanadək istifadəçi profili ilə bağlı şəxsi məlumatları saxlayırıq. Məlumatların işlənnməsi üçün hüquqi əsas GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “b” bəndidir.

4. Ödəniş variantları

1) Könüllü töhfə
Müraciətiniz əsasında sizə müxtəlif ödəniş üsulları təqdim edirik. Bu üsullardan hansını seçmənizdən asılı olaraq, fərqli məlumatlar toplanır.
Məlumatlar sizin icazənizlə saxlanılır (GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “a” bəndi). Həmin məlumatları sadəcə, ödənişi yerinə yetirmə, həmçinin hesab-faktura hazırlama və hesab-fakturanı göndərmə məqsədi ilə emal edirik. Verdiyiniz icazəni istədiyiniz zaman ləğv edə bilərsiniz. Bunun üçün bizə e-poçt vasitəsilə bildiriş göndərməniz kifayətdir. Ləğv etmə əməliyyatı daha əvvəl həyata keçirilmiş olan məlumat emalının qanuniliyinə təsir göstərmir.
Zəhmət olmasa, müxtəlif ödəniş variantları (aşağıda “a” və “b” bəndləri arasında göstərilmişdir) üçün BetterPayment Germany GmbH şirkətinin xidmətlərindən istifadə etdiyimizə diqqət edin (aşağıdakı 6. “Emalçılar” başlığına baxın).

a) Avtomatik ödəniş (SEPA)
Avtomatik ödəniş vasitəsilə ödəniş etməyə (SEPA avtomatik ödəniş) qərar verdiyiniz halda, soyadınızı, adınızı, tutulacaq məbləği, e-poçt ünvanınızı, poçt ünvanınızı, hesab sahibinin adını, IBAN nömrəsini və BIC kodunu toplayırıq və emal edirik.

b) Bank kartı
Bank kartı vasitəsilə ödəniş etməyə qərar verdiyiniz halda, soyadınızı, adınızı, tutulacaq məbləği, e-poçt ünvanınızı və poçt ünvanınızı toplayırıq və emal edirik. BetterPayment Germany GmbH şirkəti daha çox ödəniş məlumatı toplayır (bank kartının nömrəsi, kart sahibinin adı, etibarlılıq müddəti və bank kartının çek nömrəsi) (aşağıdakı 6. “Emalçılar” maddəsinə baxın); həmin məlumatları biz emal etmirik.

c) Paypal
Paypal vasitəsilə ödəniş etməyə qərar verdiyiniz halda, soyadınızı, adınızı, tutulacaq məbləği, e-poçt ünvanınızı və poçt ünvanınızı toplayırıq və emal edirik. BetterPayment Germany GmbH şirkəti daha çox ödəniş məlumatı toplayır (“Paypal”a daxil olma məlumatları) (aşağıdakı 6. “Emalçılar” maddəsinə baxın); həmin məlumatları biz emal etmirik.
PayPal vasitəsilə ödəniş edərkən məlumatların emal edilməsinə təkbaşına olaraq, həmin xidmətin operatoru olan PayPal (Avropa) S.àr.l. et Cie, S.C.A. (aşağıdakı 6. “Emalçılar” maddəsinə baxın) şirkəti cavabdehlik daşıyır. PayPal vasitəsilə ödəniş etmək üçün PayPal istifadəçi hesabınızdakı giriş məlumatlarınızla daxil olmalısınız.

2) Ödənişli xidmətlər
Platformamızın ödənişli xidmətlərindən istifadə etmək istəsəniz, e-poçt ünvanınızdan və istifadəçi adınızdan əlavə, həqiqi adınızı və (və ya) şirkətinizin və sizin ünvanınızı da toplayacağıq.

Bu məlumatlar bizimlə müqavilə imzalamaq üçün zəruridir; həmin məlumatları müqaviləni GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “b” bəndinə uyğun şəkildə həyata keçirmək məqsədi ilə emal edirik. Məlumatları müqavilə ilə nəzərdə tutulan münasibətdən irəli gələn bütün qarşılıqlı iddialar nəticələnənədək və bütün kommersiya və məlumat saxlama müddətləri başa çatanadək saxlayırıq.

5. Avtomatik qərar vermək, profil yaratmaq tələb olunmur

Hər hansı bir müqavilənin nəticəsi ilə bağlı qərar verərkən avtomatik qərar verməkdən və profil yaratmaqdan qaçırıq.

6. Emalçılar

Platformamızın fəaliyyəti üçün GDPR-nin 28-ci maddəsinə uyğun olaraq, aşağıdakı emalçıların xidmətlərindən istifadə edirik:
– Web hosting üçün: Hetzner Online GmbH, Industriestr. 25, 91710 Gunzenhausen, Almaniya,
– BT dəstəyi üçün: sinnwerkstattMedienagenturGmbH, Oranienstraße 183, 10999 Berlin, Almaniya,
– Ödəniş əməliyyatları üçün: BetterPayment Germany GmbH, RosenthalerStraße 34/35, 10178 Berlin, Almaniya,
– Ödəniş əməliyyatları üçün: PayPal (Europe) S.àr.l. et Cie, S.C.A., 22-24 BoulevardRoyal, 2449 Luxemburg, Lüksemburq
– e-məktubların göndərilməsi və e-poçtların idarə edilməsi üçün: Mailjet SAS, 13-13 bis, rue de l’Aubrac, 75012 Paris, Fransa,
– ödənişli xidmətlərlə əlaqədar mühasibat şöbəmizə dəstək göstərmək üçün: Haufe- LexwareGmbH&Co. KG, MunzingerStr. 9, 79111 Freiburg, Almaniya.

7. Töhfələr

Platformamıza müəyyən töhfə daxil edəcəyiniz halda (məsələn, hər hansı bir tədbirin müzakirə edilməsinə və ya elan edilməsinə töhfə verərək), töhfənizi istifadəçi adınızla birlikdə platformamızdakı münasib yerə qeyd edəcəyik və dərc edəcəyik. İstifadəçi profilinizdə istifadəçi profilindən götürülmüş hansı məlumatların kimlərə açıqlana biləcəyini müəyyənləşdirə bilərsiniz.
Platformamızdakı istifadəçi profiliniz silinərsə, bəzi töhfələriniz platformamızda qalacaq, beləliklə, digər istifadəçilər üzərində işləməyə və müzakirə proseslərini izləməyə davam edə bilərik (İstifadə şərtlərimizin 3-cü maddəsinin 3-cü hissəsinə baxın), bununla belə, əvvəllər töhfələriniz vasitəsilə nümayiş etdirilən istifadəçi adınızı anonimləşdirəcəyik. Töhfələrin mətnlərində mövcud olan şəxsi məlumatlar, məsələn, adınızı yazdığınız hər hansı bir istifadəçi profili silinmiş olsa belə, mühafizə ediləcək.

8. Əlaqə forması və e-poçt vasitəsilə əlaqə

Platformamızdakı əlaqə forması və ya e-poçt vasitəsilə bizə mesaj göndərəcəyiniz halda, mesajınızı onunla birlikdə göndərilən məlumatlarla (ad, e-poçt ünvanı və ehtiyac olarsa, e-poçt proqramınız tərəfindən əlavə edilən digər məlumatlar) qeydiyyata alırıq. E-poçt təchizatçımızın (yuxarı baxın) xidmətlərindən – mesajlarınızı qəbul etmək və qeydiyyata almaq, həmçinin GDPR-nin 28-ci maddəsinə uyğun olaraq bizə emalçı xidmətləri göstərən şəxslərə göndərmək üçün istifadə edirik.
Belə məlumat işləmənin hüquqi əsasını mesajınıza cavab vermək və daha sonra mümkün suallarınızı cavablandırmaq məsələsindəki qanuni marağımız təşkil edir (GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “f” bəndi). Aşağıdakı bölmədə verilən qaydaya əsasən, müraciətinizlə əlaqədar sizinlə sonuncu dəfə əlaqə saxlamamızdan sonrakı təqvim ilinin sonunda ən son mesajınız vasitəsilə toplanan məlumatları siləcəyik.
Bizimlə müqavilənizlə əlaqədar qanuni şəkildə müvafiq bildiriş göndərəcəyiniz halda, onun göndərilmə üsulundan asılı olmayaraq, emalın hüquqi əsasını da GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “b” bəndi” təşkil edəcək. Bu halda, sizinlə müqavilə münasibətimizdəki bütün qarşılıqlı iddialar nəticələndikdən sonra və kommersiya və məlumat saxlama müddətləri başa çatdığı zaman bəyannamənizlə bağlı məlumatları siləcəyik.
İstifadə etdiyimiz e-poçt serverləri TLS və SSL ilə işləyirlər, beləliklə, e-poçt təchizatçınız bu kodlama üsullarından minimum birini dəstəklədiyi halda belə, sizinlə e-poçt serverimiz arasındakı kommunikasiya kodlaşdırılacaq. Əlaqə formamıza daxil etdiyiniz məlumatlar SSL vasitəsilə kodlaşdırılacaq və serverimizə göndəriləcək.

9. Çərəzlərdən istifadə edilməsi

İstifadəçi profilinizə daxil olduğunuz halda, cihazınızın yaddaşına “çərəzlər” qeyd edəcəyik. Bunlar platformamızı daha sonra ziyarət edəcəyiniz zaman cihazınızı tanımaq üçün istifadə edə biləcəyimiz kiçik mətnli sənədlərdir. Bu sənədlər daxil olmanın statusunu xatırlayan və hər daxil olmadan sonra 60 gün boyunca saxlanılan çərəzləri ehtiva edir, beləliklə, bu müddətdə giriş üçün məlumatlarınızı təkrar daxil etməli olmayacaqsınız (giriş çərəzi).
Digər çərəzlər vasitəsilə xidmətlərimizdən sui-istifadə edilməsinin (veb-saytlar arası çərəz) qarşısını ala bilərik və istifadəçilərin müəyyən davranışlarını (veb təhlil çərəzi), məsələn, platformamızın hansı bölmələrindən istifadə etdiyini, platformamızda nə qədər müddət qaldığını və hansı tezliklərlə platformamızı təkrar ziyarət etdiyini təhlil edə bilərik. Brauzer ayarlarında “Do not track” (“İzləmə”) variantını aktivləşdirdiyiniz halda, heç bir veb-təhlil çərəzi qeydiyyata almayacağıq.
Məlumatların bu cür emal edilməsi platformamızı ziyarətçilərimizin maraq sahələrinə və istifadə etdikləri texnologiyaya və texniki məsələlərə daha yaxşı uyğunlaşdırmaq və səhifəmizin texniki funksiyalarını təhlil etmək və optimallaşdırmaq məqsədi ilə platformamızdan təhlükəsiz və rahat şəkildə istifadə edə bilmənizi təmin etməkdən ötrü GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “f” bəndinə uyğun olaraq həyata keçirilir.
Qeydiyyata alınan çərəzin müddəti platformanı son ziyarətinizdən maksimum on iki ay sonra başa çatacaq, yəni cihazınız onu bu müddətdən sonra avtomatik olaraq siləcək.
İnternet brauzerinizin çərəz ayarlarına daxil olub, platformamız üçün və ya ümumilikdə bütün veb-saytlar üçün çərəzlərin yaradılmasından imtina edərək çərəzlərin qeydiyyata alınmasının qarşısını ala bilərsiniz. Orada əvvəlcədən qeydiyyata alınmış olan çərəzləri də yenidən silə bilərsiniz.

10. Hüquqlarınız

Emal etdiyimiz şəxsi məlumatlarınızla əlaqədar aşağıdakı hüquqlarınız vardır:
Sizinlə bağlı şəxsi məlumatları emal edib-etmədiyimizi təsdiq etməyimizi tələb etmə hüququnuz vardır. Bu halda, qeydiyyata alınmış şəxsi məlumatlarınızı və digər məlumatlarınızı GDPR-nin 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə uyğun şəkildə paylaşacağıq.
Yanlış şəxsi məlumatlarınızda düzəliş edilməsini təmin etmə hüququnuz vardır. Məlumatlarınızın emal edilməsinin məqsədlərini nəzərə alaraq, çatışmayan şəxsi məlumatların tamamlanmasını əlavə bildiriş vasitəsilə də tələb edə bilərsiniz.
Şəxsi məlumatlarınızın GDPR-nin 17-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq emal edilməyə ehtiyacın olmaması şərti ilə, onların GDPR-nin 17-ci maddəsinin 1-ci hissəsində göstərilən şərtlərə uyğun olaraq dərhal silinməsini tələb edə bilərsiniz.
GDPR-nin 18-ci maddəsinin 1-ci hissəsində əks olunmuş şərtlərdən hər hansı biri təmin edilərsə, məlumatlarınızın emal edilməsini məhdudlaşdırmamızı tələb edə bilərsiniz. Xüsusilə də məlumatların silinməsi əvəzinə, məhdudlaşdırma üçün müraciət edə bilərsiniz.
Şəxsi məlumatlarınızı açıqladığımız bütün alıcılara mümkün olmadığı və ya qeyri-ekvivalent səy tələb etmədiyi halda, şəxsi məlumatlarınızdakı düzəlişlər və silinmə, həmçinin emal edilməyə qoyulan məhdudiyyət barədə məlumat verəcəyik. Tələb etdiyiniz halda, sizə həmin alıcılar barədə məlumat verəcəyik.
Bizə verdiyiniz şəxsi məlumatları strukturu dəyişdirilmiş, geniş istifadə edilən və maşın tərəfindən oxunması mümkün şəkildə alma hüququnuz vardır və texniki baxımdan mümkün olduğu halda, həmin məlumatları heç bir məhdudiyyət olmadan başqa bir məsul şəxsə göndərməmizi tələb edə bilərsiniz.
Məlumatların işlənməsi sizin icazənizə əsaslanırsa, istədiyiniz zaman icazənizi ləğv etmə hüququna maliksiniz. İcazənizi ləğv etməniz icazənizi ləğv edənədək baş tutan məlumat emalının qanuniliyinə təsir göstərmir.
ETİRAZ ETMƏ HÜQUQU: ŞƏXSİ STATUSUNUZDAN İRƏLİ GƏLƏN SƏBƏBLƏRDƏN, İSTƏDİYİNİZ ZAMAN SİZİNLƏ ƏLAQƏDAR ŞƏXSİ MƏLUMATLARIN EMAL EDİLMƏSİNƏ ETİRAZ EDƏ BİLƏRSİNİZ; bu etiraz etmə hüququ şəxsi məlumatların qorunmasını tələb edən maraqlar və ya əsas hüquq və azadlıqlar etibarlı olmadığı halda, tərəfimizdən və ya üçüncü bir tərəfin qanuni maraqlarını qorumaq məqsədi ilə GDPR-nin 6-cı maddəsinin 1-ci hissəsinin “f” bəndinə uyğun olaraq həyata keçirilən məlumat emalı ilə əlaqədardır. Etiraz etmə hüququnuzdan istifadə edəcəyiniz halda, əməliyyat üçün maraqlarınızdan, hüquq və azadlıqlarınızdan üstün hüquqi qüvvəyə malik olan məcburi qanuni əsaslar göstərə bilməyəcəyimiz halda və ya əməliyyat qanuni iddialar irəli sürməyə, onları
həyata keçirməyə və ya müdafiə etməyə xidmət etdiyi halda, qeyd edilən məlumatları artıq emal etməyəcəyik.
ŞƏXSİ MƏLUMATLARI BİRBAŞA MARKETİNQ MƏQSƏDLƏRİ ÜÇÜN (MƏSƏLƏN, BÜLLETEN) EMAL ETDİYİMİZ HALDA, SİZİNLƏ BAĞLI ŞƏXSİ MƏLUMATLARIN QEYD EDİLƏN REKLAM MƏQSƏDİ İLƏ EMAL EDİLMƏSİNƏ İSTƏDİYİNİZ ZAMAN ETİRAZ EDƏ BİLƏRSİNİZ; BUNDAN SONRA MƏLUMATLARINIZI ARTIQ BU MƏQSƏDLƏR ÜÇÜN EMAL ETMƏYƏCƏYİK.
Şəxsi məlumatlarınızın emal edilməsinin GDPR-nin müddəalarına zidd olduğunu hesab edirsinizsə, xüsusilə, yaşayış yerinizin, iş yerinizin və ya iddia edilən qanun pozuntusunun baş verdiyi yerin yerləşdiyi Üzv-Dövlətdə hər hansı nəzarət orqanına şikayət ərizəsi ilə müraciət edə bilərsiniz. Belə şikayət digər inzibati və ya hüquq-müdafiə üsullarını istisna etmir.
Məlumatların qorunması üzrə yerli nəzarət orqanı – məlumatların qorunması və məlumat azaldığı üzrə Berlindəki nümayəndəlikdir (Friedrichstrasse 219, 10969 Berlin).
Tarix: 16.12.2019